• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda fəaliyyət göstərən ictimai birliklərə dövlət dəstəyi artırılmalıdır - komitə sədri

Regionlarda fəaliyyət göstərən ictimai birliklərə dövlət dəstəyi artırılmalıdır - komitə sədri
12.11.2026 12:04

Milli Məclisin deputatı Fazil Mustafa regionlarda fəaliyyət göstərən ictimai birliklərin maliyyə və təşkilati imkanlarının genişləndirilməsini təklif edib.

O, vətəndaş cəmiyyətinə ayrılan vəsaitlərin bölgüsü və əlçatanlığı ilə yanaşı, maliyyələşdirilən layihələrin nəticələrinin də əsas meyar kimi götürülməli olduğunu bildirib.

Deputat 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında vətəndaş cəmiyyəti institutlarının dövlət proqramlarının həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.

Onun sözlərinə görə, siyasi partiyalara dəstək məqsədilə növbəti il də 6 milyon manat vəsait ayrılır. Bu maliyyələşmə partiyaların özünütəşkil və fəaliyyət imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Fazil Mustafa bildirib ki, 2027-ci ilin büdcə layihəsində yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlər üçün 22,8 milyon manat nəzərdə tutulub. Bu göstərici 2026-cı ilin dövlət büdcəsindəki məbləğlə eynidir.

Deputat həmkarlar ittifaqlarının sosial tərəfdaşlıq sistemində rolunun artırılmasının vacibliyini də qeyd edib. O bildirib ki, son illərdə həmkarlar ittifaqlarının fəaliyyətində canlanma müşahidə olunur, sanatoriya-turizm komplekslərinin yenidən təmir edilərək istifadəyə verilməsi müsbət tendensiyadır.

Deputat dini icmalara dövlət dəstəyinin yalnız təşkilati ehtiyacların qarşılanması ilə məhdudlaşmamalı olduğunu bildirib.

Deputat dövlət dəstəyi mexanizmlərində təşkilatların real fəaliyyəti, ictimai təsir imkanları, hesabatlılığı və həyata keçirdikləri layihələrin nəticələrinin əsas götürülməsini təklif edib.

O, ictimai birliklərə və dini qurumlara yönəldilən dövlət vəsaitlərinin bölgüsü və nəticələri barədə parlamentə və ictimaiyyətə daha əhatəli məlumat verilməsinin vacibliyini vurğulayıb.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Startaplar üçün vergi güzəştlərinin müddəti 7 ilədək artırılacaq
Cəmiyyət 11:40
Startaplar üçün vergi güzəştlərinin müddəti 7 ilədək artırılacaq
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Cəmiyyət 11:28
Binədə ötən gün yanıq xəsarəti alan kişi xəstəxanada ölüb
Azərbaycanda mədəniyyət, incəsənət və informasiya sahələrinə 643 milyon manat ayrılacaq
Cəmiyyət 11:21
Azərbaycanda mədəniyyət, incəsənət və informasiya sahələrinə 643 milyon manat ayrılacaq
Bakıda bu ət emalı müəssisəsi qanunsuz işləyirmiş
Cəmiyyət 11:19
Bakıda bu ət emalı müəssisəsi qanunsuz işləyirmiş
Genetik Ehtiyatlar İnstitutuna yeni icraçı direktor təyin olunub
Cəmiyyət 11:00
Genetik Ehtiyatlar İnstitutuna yeni icraçı direktor təyin olunub
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:12
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
Cəmiyyət 10:01
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1 172 manatı ötüb
Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Cəmiyyət 23:35
Gəncədə evdə iki nəfərin meyiti tapılıb
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən ölüb
Cəmiyyət 20:34
Cəlilabadda 10 yaşlı uşaq yüksək hərarətdən ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol