• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
12.11.2026 12:02

2026-cı il noyabrın 1-nə Azərbaycanda 1 734 871 vergi ödəyicisi olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.

Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,3 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,6 % artıb.

Bu il oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,4 % çox – 214 988 vahid təşkil edib.

Oktyabrda 1 183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 86,8 %-i yerli, 13,2 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 84 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 96,6 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 %-i MMC formasında yaradılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kommersiya qurumlarının sayı artıb
İqtisadiyyat 10:52
Kommersiya qurumlarının sayı artıb
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
İqtisadiyyat 09:38
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
General Natiq Əliyevin qızı saxlanılıb
İqtisadiyyat 09:22
General Natiq Əliyevin qızı saxlanılıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:17
Dünya bazarlarında neft ucuzlaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:08
Məzənnə açıqlanıb
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol