• $
  • €
  • ₽
  • ₺
  • £

Bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq

Bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq
19.11.2013 14:43
Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinə tapşırıq verib. 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb.Bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılacaq. Ayrılmış nömrələrin yalnız 123-124 (Tac kart) prefiksinə çıxışı təmin ediləcək. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksofon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq taksofonların texniki və estetik vəziyyətini daim nəzarətdə saxlamaqla  yerlərdə əvvəlcədən ödəniş “Tac kart”ların satışı təmin olunacaq.Eyni zamanda taksofonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlarla təmin ediləcək. Xatırladaq ki “Tac kart” sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir.Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, “Tac kart” sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər “Tac kart” sisteminə qoşulmaq üçün əvvəlcə 2,4 və 10 manatlıq “Sim-Sim kart”a bənzər “Tac kart” əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və “Tac kart”ın üzərindəki pin kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.     Bundan sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyanın hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulacaq.İctnews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol