• $
  • €
  • ₽
  • ₺
  • £

Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək

Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
23.11.2026 13:05

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəmə prosesində sonuncu şahidlər dindiriləcək. Onların arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və ailə üzvləri də var.

“Qafqazinfo”nun məlumatına görə, Ramiz Mehdiyev, oğlu Timur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev rəsmi bildirişlə məhkəməyə çağırılıblar.

Onların ibtidai istintaq zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən dindirildiyi bildirilir.

Məhkəmə iclası sabaha təyin edilib.

İttihama görə, Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyev, axtarışda olan Abbas Abbasov və digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək barədə sövdələşmədə iştirak ediblər.

DTX cinayət işi ilə bağlı videomaterial yayıb. Həmin materialda Ramiz Mehdiyevin Əli Kərimlinin tərəfdarları və xarici xüsusi xidmət orqanları ilə əlaqələrinə dair səs yazılarının olduğu bildirilir.

Əli Kərimli və Məmməd İbrahim ötən il Ramiz Mehdiyevin cinayət işi çərçivəsində həbs ediliblər. Onlara Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ramiz Mehdiyev isə bu cinayət işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və səhhəti nəzərə alınaraq, onun cəzası şərti hesab olunub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol