• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən cehiz diplomlarla bağlı - AÇIQLAMA

Nazirdən cehiz diplomlarla bağlı - AÇIQLAMA
29.05.2020 05:44
“Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən olunması öz əksini tapıb”.APA-nın xəbərinə görə, bunu bu gün nazirlikdə keçirilən treninqdə İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.Bu məsələyə aydınlıq gətirən Cəsarət Valehov bildirib ki, bu gün hər bir dövlət və özəl ali təhsil müəssisələrində həm dövlət sifarişli, həm də ödənişli təhsil mövcuddur. Onun sözlərinə görə, artıq dövlət sifarişli ixtisasları universitetlər özləri seçəcək və kadrlar dövlət sifarişinə uyğun hazırlanacaq: “Bununla da əvvəldən müəyyənləşdirilmiş qəbul planına ehtiyac olmayacaq. Hər il hər bir universitetdə dövlət sifarişi ilə olacaq ixtisaslar müəyyənləşəcək və ali məktəblər öz akademik imkanlarına uyğun qəbul planını verəcək”.Müəllimlərin bilik və bacarıqlarının artırılması ilə bağlı görüləcək işlərdən də danışan C. Valehov qeyd edib ki, bu gün müəllimlərin qiymətləndirilməsi həyata keçirilmir və bunun nəticəsində də onların əksəriyyəti eyni əmək haqqı alır. Onun sözlərinə görə, gələcəkdə müəllimlər hamısı attestasiyadan keçiriləcək və bunun nəticəsində hər bir müəllim öz savadına uyğun olaraq əmək haqqı alacaq: “Bundan əlavə, strategiyada müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi nəzərdə tutulur. Bunun nəticəsində abituriyentlər aşağı balla müəllimlik ixtisaslarına yiyələnə bilməyəcəklər. Bundan əlavə, hər bir müəllim ixtisasında təhsil alan tələbə sonradan müəllim kimi fəaliyyət göstərmək istəyirsə, səhiyyə sahəsində olduğu kimi internaturaya cəlb ediləcək. Yəni ali təhsil aldığı dövrdə topladığı biliklər və onu təhsildə tətbiq etmək bacarığı yoxlanılacaq. Biz artıq cehiz diplomlardan qurtulmaq istəyirik”.APA
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol