• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində daha bir söküntü - VİDEO

Bakının mərkəzində daha bir söküntü - VİDEO
29.05.2020 02:34

Böyük Bakının regional planı Nazirlər Kabinetində təsdiq ediləndən sonra paytaxtın mərkəzi hissəsinin bir neçə istiqamətində söküntü işləri aparılacaq. 

ANS TV-nin məlumatına görə, Bakının Nəsimi, Yasamal, Nizami, rayonları ərazi cəhətdən kiçik əhalisi isə sıx olan rayonlardır. 

Planda məxsusi Bakı kimi tanınan hissə ilk növbədə şəhərin mərkəzində olan azmərtəbəli və azqiymətli köhnə və yararsız mənzil fondudur. Keçmiş "sovetski" deyilən ərazidən başlayaraq bu işlər Elmlər Akademiyası istiqamətində aparılacaq. Əsasən Kubinka, Xutor, Alatava deyilən ərazilər söküləcək. İkinci mərhələdə sovet dönəmində tikilmiş beşmərtəbəli binalar yeniləri ilə əvəz olunacaq. Sayı 3 min 500-ə qədər olan bu binaların əksəriyyəti keçən əsrin 50-80-ci illərində inşa edilib. Planın ikinci istiqaməti isə artıq inşasına başlanılan Ağ şəhər kompleksidir ki, bu da Zığ tərəfə qədər uzanacaq. Ümumiyyətlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 10-15 min hektar ərazi tutan şəhər mərkəzində unikal və dövlət əhəmiyyətli obyektlər istisna olmaqla digər inşaat işlərinin aparılmasını məqsədə uyğun hesab etmirlər. Böyük Bakının baş planı layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov əsas məqsədin paytaxtın mərkəzindən sıxlığı azaltmaq olduğunu deyir. O, paytaxtın mərkəzində plana düşən ərazilərdə bahalı torpağın üstündə heç bir dəyəri olmayan tikililərin çoxluq təşkil etdiyini dedi.Şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisinin yolverilməz olduğunu deyən ekspert Nüsrət İbrahimov bunun onsuzda tikinti və əhali sıxlığından əziyyət çekən şəhər mərkəzini daha da yükləyəcəyini düşünür. Bu da tıxacların intensivləşməsi, kommunal xəttlərin, ekoloji durumun yüklənməsi deməkdir. Hazırda mənzil fondunun 30 %-dən çoxunun fiziki cəhətdən yararsız hala gəldiyini deyən ekspert binaların sökülməsini onların qəza vəziyyətinə düşməsi ilə yanaşı bəzi iş adamlarının maraqları ilə də əlaqələndirdi. Sovet dövründə tikilmiş binalara gəldikdə isə ekspert hələ onların bir müddət yaşayış üçün yararlı olacağı qənaətindədir.O şəhər mərkəzinin təmizlənməsini həm də turistlərin sayının artmasına da səbəb olacağını deyib. Sökülən ərazilərin qiymətləndirilməsinə gəldikdə isə kimə nə qədər düşəcəyini zaman göstərəcək. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol