• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə: “Ömrümdə zəncir vurmamışam”

Allahşükür Paşazadə: “Ömrümdə zəncir vurmamışam”
29.05.2020 00:22
“Təzəpir” məscidində  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyası davam edir. APA-nın verdiyi məlumata görə, saat 11:00-da QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, QMİ sədrinirn müavini, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, “Təzəpir” məscidinin axundları  qan veriblər. Allahşükür Paşazadə bütün müsəlmanlara bu günlə bağlı başsağlığı verib: “Kərbəla şəhidlərinə, bütün şəhidlərimizə Allah rəhmət etsin. Allah bizə Qarabağın azad edilməsini nəsib etsin. Müstəqillikdən sonra Aşura günü ilə bağlı tədbirlər daha qanunauyğun keçirilir. Alimlərimiz müraciət etmişdilər ki, Aşura günü zəncir vurulur, qan çıxarırlar. Bu, İslama uyğun deyil, insan özünə əziyyət verməməlidir. Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya İmam Hüseyn şiədir. Ancaq imam Hüseyn müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn təziyəsini keçirirlər”. Allahşükür Paşazadə sonda hamını birliyə çağırıb: “Allah Kərbəla şəhidlərinə də, bizim şəhidlərə də rəhmət etsin”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol