• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqları narkomaniyadan necə qorumalı? - MƏSLƏHƏT

Uşaqları narkomaniyadan necə qorumalı? - MƏSLƏHƏT
29.05.2020 10:59

Sizi və sizin uşaqlarınızı narkoman etmək istəyən adamlar hər cür bicliyə əl atmağa hazırdırlar. Axı bu, onlar üçün yalnız pul qazanmaq şansı deyil, həm də öz dozalarını almaq imkanıdır. Bu məqalə sizə və sizin yaxınlarınıza qarşı hansı hiylələrin tətbiq edilə biləcəyindən və buna necə müqavimət göstərməli olduğunuzdan bəhs edir. Bu barədə Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova danışır. Əsas risk qrupuna varlı valideynlərin övladları daxildir Əgər sizin gəlirləriniz orta həddən yüksəkdirsə və bundan bir çoxları xəbərdardırsa, onda xüsusilə ehtiyatlı olmaq lazımdır. Məsələ burasındadır ki, narkotik ticarətinə cəlb olunmuş adamlar, çoxsaylı vasitəçilər (onların özləri də əsasən narkomanlar olurlar) öz müştərilərini ilk növbədə zəngin gənclər arasında axtarırlar. Məsələ burasındadır ki, gənc insanın psixikası daha çox təzyiqə meyllidir, o, nəticələr haqqında daha az düşünür. Əvvəlcə onu əyləncə gecələrinə dəvət edirlər, siqaretə, içkiyə, yüngül narkotik maddələrə, sonra isə hətta daha ağır dozalılarına qonaq edirlər. Gənc insan isə buna qurşandıqdan və dozasız yaşaya bilmədikdən sonra, "dostlar"ın səxavəti qurtarır və həmin gənc evdən pul gətirmək məcburiyyətində qalır. Əgər həmin gənc qızdırsa, onda onu fahişəlik etməyə meylləndirirlər.Sizin evinizdə əşyalar və pullar itməyə başlayırBunun səbəbini başa düşmək lazımdır. Əgər məlum olsa ki, bu əşyaları sizin uşağınız və ya ailənin başqa bir üzvü oğurlayır, onda böyük ehtimalla o, narkomandır və evdəki əşyaları satmaqla doza «qazanır».Onun kiminlə dostluq etdiyi və hara getdiyini öyrəninValideynlər uşaqlara diqqət ayırmalıdırlar. Zəngin və ya orta təminatlı valideynlərin övladları tez-tez əyləncə gecələrinə getməyi xoşlayırlar. Onların pulu olduğundan, ətrafda çoxlu sayda «dostları» üzə çıxır. Bunu vaxtında bilməyiniz uşağınızı "yaxalamağa" və onu narkotik alverçilərinin əllərindən qoparmağa kömək edəcək. Uşağı müalicə etdirin Bu, "aşkarlıq kapitanının" məsləhəti deyil. Valideynlər həqiqətən "bu işin qabağını almağa", uşağı müstəqil "müalicə etməyə" çalışırlar, bunu da "biabırçı" xəstəliyin üstünün açılacağından ehtiyat etdiklərinə görə edirlər. Amma əgər o ARTIQ narkoman olubsa, heç bir qışqırıq və yumruq kömək etməyəcək, o qaçacaq və əvvəlki həyatına davam edəcək. Ona həkimlərin və psixoloqların köməyi lazımdır. Əgər onu inandırmaq mümkün olsa və əgər o, özü müalicə olunmaq istəsə, onda onun sağalmasına gedən yolun yarısını keçilmiş hesab etmək olar.Müalicə müddətində fəal kömək edinPasiyentin müalicəsi əksər hallarda valideynlər ayıq-sayıqlığı itirdikdə və müalicə müddətində kömək etməyi dayandırdıqda yarıda qalır. Bəli, valideynlərə həqiqətən ağırdır. Reabilitasiya mərhələsində mütəxəssislər valideynlərlə iş aparırlar, danışırlar, nə etməli olduqlarını deyirlər. Əksər hallarda bu, belə desək dostlarla ünsiyyət azadlığına məhdudiyyətlərin tətbiq edilməsi, onu əhatə edən dünyadan uzaqlaşmasını özündə ehtiva edir, bu da ona narkomanın keçmişini, uşağın hərəkətlərinə ciddi diqqət və əvvəlki daimi ayıqlığı xatırlada bilər!Bütün valideynlər belə həyatı gərginliklə, uşaq tərəfindən daimi göz yaşı yalvarışları ilə yaşayırlar və uşaq tərəfdən təhdidlərə dözmürlər.ProfilaktikaNarkomanların əksəriyyəti – valideynlərin diqqət ayırmadığı ailədən olan uşaqlardır. Valideynlər karyerayla daha çox maraqlanırlar, nəinki uşaqlarla və valideyn sevgisinin çatışmazlığı küçəylə və narkotiklərlə əvəz olunur. Profilaktikanın əsas üsulu – bu, övlada diqqəti göstərmək, onun həyatı və çevrəsi ilə maraqlanmaq, onda konstruktiv maraqları tərbiyə etməkdir. Uşağı rəqsə, modelləşdirmə, dizayn, idman, nə olsa qoymaq lazımdır ki, bu da uşağa narkotiklərsiz, oğurluqsuz və fahişəlik etmədən özünü ifadə etməyə imkan yaransın.Məhərrəm Zeynalov ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol