• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının taksi sürücüləri üsyan edir

Bakının taksi sürücüləri üsyan edir
29.11.2014 09:42
"Bizim çörəyimizə bais olublar"
 
 

"Bizi işləməyə qoymurlar. Ailəmizə bir tikə çörəkpulu aparırıq, onu da qazanmağa imkan vermirlər. Birdəfəlik bunun bir yolunu tapsınlar. Ya bizə bir yer təklif etsinlər, ya da uyğun ərazidə yer ayırsınlar ki, müştəri də bizi tapmaqda çətinlik çəkməsin. Artıq neçə gündür ki, polis bizə bu ərazidə dayanmağı qadağan edib. Bilmirik ki, hara gedək. Belə dərd olar, qardaş. Başımıza bəla olublar”.

 

Bu sözləri metronun "Neftçilər” stansiyası yaxınlığında çalışan bir qrupu taksi sürücüsü dedi. Onların sözlərinə görə, polis avtobus dayanacağı yaxınlığında dayanmağa imkan vermir. Sürücülər bildirirlər ki, 8-ci kilometr bazarı yanında belə bir qadağa yoxdur və onlara qarşı ayrı-seçkilik edilir. Sürücülər deyirlər ki, onların çörək pulu bu yerdən çıxır və müştərilər da onları axtarıb tapmaqda əziyyət çəkmir.

 

Son günlər isə taksi sürücülərinin ərazidən uzaqlaşdırılmasına  görə onlar işləməyə yer tapmırlar: "Bəs hara gedək? Bizim çörəyimizə bais olublar. Əvvəl Nəqliyyat Departamentinin əməkdaşları göz verib, işıq vermirdilər. İndi də polis dayanmağa icazə vermir. Avtobus dayanacağında taksi saxlamaq qadağandır. Bunu başa düşdük və ərazi açıldı. Amma qanunda var ki, avtobus dayanacağından 15 metr aralıda taksi saxlamaq olar. Buna da icazə verilmir. Neçə gündür ki, bizi işsiz qoyublar. Neçə illərdir fəaliyyət göstərdiyimiz dayanacaqda maşın saxlamağımıza imkan vermirlər. Amma bizdən bir dayanacaq əvvəldə nə qədər taksi var. "Qara Qarayev” metrosunun girişində dayanan taksilər var".

 

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl "Neftçilər” metrostansiyası yaxınlığındakı ticarət mərkəzinin qarşısında da avtomobil saxlamaq qadağan edilmişdi. Polis əməkdaşları ilə ticarət obyektlərinin sahibləri arasında əldə edilmiş razılıqdan sonra avtomobillərin saxlanmasına izn verilirdi. Ancaq yenidən problem qaldırılıb və sürücülər taksiləri harada saxlayacaqlarını bilmirlər. Sürücülər aidiyyəti qurumlara müraciət edərək onlara işləmək üçün şərait yaradılmasını xahiş edirlər.

 

 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol