Türkiyədə müalicə olunan hərbçilərimizdən daha biri Bakıya döndü

Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri bu gün Bakıya qayıdıb.
APA-nın məlumatına görə, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.
Ə. Məmmədov özünü yaxşı hiss etdiyini deyib: "Hazırda özümü yaxşı hiss edirəm, sağalmışam. Prezident İlham Əliyevə və ölkəmə təşəkkür edirəm”.
Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıb.
Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. E. Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur