• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident “Bakutel-2014” sərgisinə qatıldı

Prezident “Bakutel-2014” sərgisinə qatıldı
29.05.2020 08:08
Bu gün Bakıda «Bakutel-2014» 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı başlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, sərginin açılışında Azərbaycanın hökumət nümayəndələri, ayrı-ayrı dövlət və özəl qurumların təmsilçiləri, diplomatlar, xarici qonaqlar iştirak ediblər.

Prezident İlham Əliyev sərginin açılışına qatılıb. Dövlət başçısı sərgidə iştirak edən yerli və xarici şirkətlərin stendlərini gəzərək nümayiş etdirilən məhsul və xidmətlərlə tanış olub. Məlumat verilib ki, builki "Bakutel” sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distributorları təmsil olunur.

Sərgiyə ziyarətçi qismində bir sıra ölkələrin rabitə nazirlərinin başçılığı altında nümayəndə heyətləri qatılıb. "Bakutel” sərgisində Azərbaycan, Argentina, Almaniya, ABŞ, Belarus, BƏƏ, Kanada, Çin, Estoniya, Xorvatiya, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, Yaponiya, Litva, Rusiya, Sloveniya, İsveçrə və Türkiyədən şirkətlər təmsil olunur.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol