• $
  • €
  • ₽
  • ₺
  • £

Eks deputatın qalmaqallı obyekti satışda

Eks deputatın qalmaqallı obyekti satışda
07.12.2014 18:00
Nabranda yerləşən və azyaşlı oğlanın ayaqlarını itirməsi ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Nabran Holiday Village” istirahət mərkəzi satışa çıxarılıb. 


"Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, 3.5 hektar sahəsi olan istirahət mərkəzi bütün əşyaları və qurğuları ilə birgə satılır. Mərkəzdə 23 ədəd 3 otaqlı, 10 ədəd 2 otaqlı kottec var. Kotteclərin hər birinin san/qovşağı, istilik sistemi, kondisoner var. Bundan başqa mərkəzdə böyük və uşaq ücün baseyn, aquapark, yay qış restoranı, futbol, voleybol meydançası, avtodayanacaq və s. var.

Qalmaqallı istirahət mərkəzi 3 milyon manata satılır. 

Qeyd edək ki, "Nabran Holiday Village” istirahət mərkəzi keçmiş deputat Nizami İsgəndərova məxsus olub. İmran Cəfərzadənin keçən ilin yayında istirahət mərkəzində bədbəxt hadisə ilə üzləşməsi və ayaqlarını itirməsindən sonra obyekt fəaliyyətini dayandırıb. 

Belə ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Mədəniyyət və Turizm Nazirliyi "Nabran Holiday Village" istirahət mərkəzinin lisenziyasını ləğv edib. 

Məlum hadisəyə görə başlanmış cinayət işinin məhkəməsinin nəticəsi olaraq İmran Cəfərzadənin ailəsinə 70 min manat təzminat ödənilib.

Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də "Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərə hökm oxunub. Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib. İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev isə məhkəmədən "Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.

Onu da qeyd edək ki, məlum hadisədə yaralanmış İmranın hər iki ayağı amputasiya edilib. O, Almaniyada uzunmüddətli müalicə kursu keçib. Azyaşlının bütün xərclərini dövlət ödəyib.
 
 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol