• $
  • €
  • ₽
  • ₺
  • £

Nar Mobile-ın Naxçıvanda yeni Mərkəzi açıldı

Nar Mobile-ın Naxçıvanda yeni Mərkəzi açıldı
05.12.2014 15:11
"Nar Mobile” mobil operatoru abunəçilərinin rahatlığını təmin etmək məqsədilə mərkəz və diler şəbəkəsini genişləndirməyə davam edir.  Abunəçilər bu yaxınlarda Bakı şəhərində bir neçə mərkəzin açılışının şahidi oldular. Lakin, mobil operator öz diqqətini tək paytaxta deyil, o cümlədən, bölgə və regionlarına da yönəldir.

Belə ki, dekabr ayının 4-də Naxçıvan MR-nin Naxçıvan şəhərində yeni Müştəri Xidməti Mərkəzinin təntənəli açılışı oldu. Açılış mərasimi zamanı abunəçilərlə görüşən Nar Mobile-ın Satış üzrə baş müdiri Leyla Nəsrullayeva satış nöqtələrində xidmətin yaxşılaşdırılması sahəsində şirkətin apardığı fəaliyyətdən söz açmışdır.

"Bildiyiniz kimi, bu günədək Naxçıvan şəhərində artıq 3, Ordubad və Culfada müvaffiq olaraq 1 Eksklusiv Diler Mərkəzləri və ümumilikdə bundan əlavə Naxçıvan Muxtar Respublikasında 13 Diler Mərkəzi fəaliyyət göstərir. Həmişə olduğu kimi, müştərilərimizin məmnuniyyəti, xidmətlərin səviyyəsi, eləcə də mərkəzlərin rahat və əlverişli yerlərdə açılması kimi məqamlar bizim diqqət mərkəzimizdədir, məhz buna görə də biz bu mərkəzimizin açılmasını önəmli hesab etdik”, - deyə xanım Nəsrullayeva bildirmişdir.

Yeni Müştəri Xıdməti Mərkəzi Təbriz küçəsi 1 ünvanında yerləşir və bu gündən MR-nın sakinlərinin istifadısinə verilib.

"Nar Mobile” mobil operatorunun satış və diler mərkəzləri haqqında əlavə məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol