• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gəncləri üçün şans

Azərbaycan gəncləri üçün şans
09.01.2015 14:00
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Könüllülük Xidməti çərçivəsində Azərbaycan gəncinin Bolqarıstanda keçirilən 2 aylıq könüllülük proqramında iştirakını təmin edir.

 ARGTMŞ-ın tərəfdaşı olan "Alternativ International”-ın təşkilatçılığı ilə həyata keçirilən tədbirdə həmçinin Gürcüstan, Türkiyə, Xorvatiya, Makedoniya, Rumıniya, İspaniya və Çexiyadan olan gənclər də iştirak edirlər.

Tədbirin məqsədi könüllülüyün təbliğ edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, tolerantlığın və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsidir. Layihə çərçivəsində iştirakçılar könüllülüyün təbliği ilə bağlı "Radio Alternativi”-də fəaliyyət göstərəcək və vaxtlarını səmərəli keçirərək, təcrübə qazanmaq imkanı əldə edəcəklər. Təcrübə Proqramı həmçinin gənclərə öz ölkələrinin mədəniyyət və dəyərlərini nümayiş etdirmək imkanı yaradacaq.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ 2013-cü ildən Avropa Könüllülük Xidməti üzrə akkreditasiya sertifikatı əldərək rəsmi olaraq könüllülərin beynəlxalaq mübadiləsi həyata keçirmək hüququ əldə etmişdir. Təşkilat xarici təcrübəni Azərbaycana gətirərək Avropa Könüllülük Xidməti əsasında Azərbaycan Könüllülük Xidmətini təşkil etmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan Azərbaycan Könüllülük Xidməti çərçivəsində Azərbaycanın 13 regionunun 15 "Gənclər Evi”-dən olan gənclər arasında könüllü mübadiləsi həyata keçirilib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol