• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən komitə sədrinə cavab

DYP-dən komitə sədrinə cavab
03.02.2015 16:40
"Hər bir yol patrul xidməti əməkdaşı gün ərzində 3 dəfə təlimatlandırılır”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov ötən gün Milli Məclisin iclasında komitə sədri Eldar İbrahimovun yol polisi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verib:

"Cəmiyyətdə elə insanlar var ki, onları hər kəs tanıyır. Bu baxımdan polis əməkdaşları da həmin şəxsləri tanımalıdır”.

DYP rəsmisinin sözlərinə görə, hansısa polis əməkdaşlarının hafizəsində nöqsanlar ola bilər:

Xatırladaq ki, Milli Məclisində ötən gün keçirilən iclas zamanı "Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin üzvü Eldar İbrahimov Dövlət Yol Polisi əməkdaşlarının bəzi hallarda hazırlıqsız olmaları barədə qeydlərini dilə gətirib. Millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər:

"Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, "bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu "dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol