• $
  • €
  • ₽
  • ₺
  • £

Dördəmlərin anası: “Evimiz yoxdur"

Dördəmlərin anası: “Evimiz yoxdur"
04.02.2015 17:47
Ötən gün Astara rayonunun Siyəkü kənd sakini, 1985-ci il təvəllüdlü Rəisə Nabatova bir qız, üç oğlan dünyaya gətirib. Qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gələn körpələr 2000, 1500, 1400 və 1100 qram çəkidədirlər.
 

R.Nabatova Publika.az-a açıqlamasında uşaqların və özünün vəziyyətinin yaxşı olduğunu deyib:
 
"10 ildir uşaq həsrətində idik. Birinci uşağım qeysəriyyə əməliyyatı ilə olmuşdu. O zaman əməliyyatım yaxşı keçmədiyinə görə, problem yaranmışdı, uşağımız olmurdu. İllərdir gəzmədiyimiz xəstəxana, həkim qalmayıb. Ərdəbilə qədər getdik. Axırıncı dəfə Tehranda müalicə qəbul etdim, ondan sonra uşaq oldu. Uşaqlar süni mayalanma ilə deyil. Çünki problem məndə idi, həmin problem müalicə ediləndən sonra hamilə qaldım. İllərdir uşaq həsrəti çəkirdim və birdən-birə 4 uşağım olmasına görə sevincimin həddi yox idi. Allaha şükür edirəm.
 
Özümün və uşaqların vəziyyəti yaxşıdır. Hələ ki küvəzdədirlər. Oğlanların adını İbrahim, İsail, İsrail, qızın adını da Zəhra qoymaq istəyirik. Uşaqların cinsiyyətini biləndə bu adları seçdik, hələ qərarımız dəyişməyib. Yoldaşımın adının İsmayıl olduğuna görə, oğlanların adını da ona uyğunlaşdırmışıq”.
 
4 uşaq sahibi olan ailənin evi yoxdur. R.Nabatova illərdir atasının evində qaldıqlarını deyir:
 
"Nə yoldaşım, nə də mən işləyirik. Yoldaşım kənddə təsərrüfatla məşğuldur. Ordan da nə qazanmışıqsa, ancaq müalicəyə xərcləmişik. Ona görə də özümüzə ev qura bilməmişik. Amma ömür boyu atamın evində qala bilmərik. Qardaşım da ailəlidir, orada qalır. İndi də 4 uşaqla orada yaşamağımız çətin olacaq. Həm də 4 uşağın xərci də çox olacaq. Ona görə də köməyə ehtiyacımız var. Uşaqlara anam bir müddət kömək edəcək. Amma 4 uşağı saxlamaq çətindir. Hamilə olanda Səhiyyə Nazirliyinə müraciət etmişdik. Amma hələ ki cavab almamışıq”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol