• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı qaçırıldı

Rusiyada azərbaycanlı qaçırıldı
06.02.2015 12:59
Rusiyada azərbaycanlı kişi qaçırılıb.

ANS PRESS-in MK-ya istinadla verdiyi məlumata görə, adı açıqlanmayan Azərbaycan vətəndaşını Moskva ətrafında onun biznesmen qardaşından pul almaq istəyən naməlum şəxslər qaçırıblar. Hadisə yanvarın 26-da baş verib. Lakin 10 günə yaxın girovluqda qalan şəxs möcüə nəticəsində özü xilas ola bilib.

Adı bilinməyən azərbaycanlı bir necə gün "Porsche Cayenne" markalı maşının yanında bir necə şübhəli gənc görüb. Lakin o buna ciddi fikir verməyib. Bu hadisədən sonra isə öz evinin qarşısından oğurlanıb.

Lakin yanvar ayının 26-da səhər işə gedərkən gənclərdən biri ona sənəd göstərib, digər ikisi isə döyərək maşına salıblar. Bir saatdan sonra maşını dəyişərək yola davam ediblər. Qaçırılan şəxsin başında kisə olduğu üçün o ətrafı görə bilməyib.

Qapalı məkana gətirilən azərbaycanlı danışıqlardan başa düşüb ki, tanımadığı gənclər restoran və ərzaq mağazası sahibi olan qardaşından onun azad edilməsi üçün külli miqdarda pul tələb etmək niyyətində olublar. Söhbət 3 milyon dollardan gedib.

Lakin cinayətkarlar istəklərinə nail ola bilməyiblər. Belə ki, bir gün kişi onu qaçıranlardan qollarını bərk sıxmamağı xahiş edib. daha sonra isə qandalın radiatora bağlanmadığını görüb. Naməlum şəxslərin başının qarışıq olmasından istifadə edən şəxs pəncərədən çıxaraq qaçıb və qarşısına çıxan ilk şəxsdən kömək istəyərək polisə məlumat verib.

Hadisə yerinə gələn polis öz maşınları ilə qaçmağa çalışan iki şübhəlini saxlaya bilib. Üçüncü şəxs isə əməliyyatla tutulub.

Qeyd edək ki, adı açıqlanmayan qurban 20 il öncə də qaçırılıb. O, zaman işadamı olan qardaşı məsələyə polisi qatmayıb və külli miqdarda pul ödəmişdi.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol