• $
  • €
  • ₽
  • ₺
  • £

Küçə adlarının yenilənməsi şəxsiyyət vəsiqələrinin dəyişilməsinə səbəb olacaqmı?

Küçə adlarının yenilənməsi şəxsiyyət vəsiqələrinin dəyişilməsinə səbəb olacaqmı?
10.02.2015 15:32
"Son vaxtlar Azərbaycanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində küçə adları və nömrələrinin yenilənməsi şəxsiyyət vəsiqələrinin dəyişilməsi üçün əsas yaratmır". 

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov "Report"a açıqlamasında deyib ki, küçə adlarının yenilənməsi şəxsiyyət vəsiqələri və kupçaların dəyişməsinə əsas yaratmır: "Çünki indiki sistem həm köhnə, həm də təzə ünvanların işləməsinə icazə verir. 

Hazırda həm köhnə, həm də təzə ünvanlar qüvvədədir. Onsuz da nəzərdə tutulan qaydalara görə şəxsiyyət vəsiqələrinin yenilənməsinin vaxtı çatanda yeni ünvanlar orada qeyd olunacaq. Kupçaların dəyişilməsinə gəlincə, hazırda buna ehtiyac yoxdur".

Xatırladaq ki, keçən ilin iyun ayından etibarən Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Azərbaycanın şəhər və rayonlarında küçə adlarının yenilənməsi prosesi başlayıb və hazırda iş davam edir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol