• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəb diplomlarının verilməsi prosesi elektronlaşdırılır

Ali məktəb diplomlarının verilməsi prosesi elektronlaşdırılır
10.02.2015 17:20
Azərbaycanda ali məktəb diplomlarının verilmə prosesinin avtomatlaşdırılması, bununla da diplomların daha sürətli şəkildə yerlərə çatdırılması və məzunlara verilmə prosesi üzərində iş gedir.
 
"APA-Economics”in məlumatına görə, bunu Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov deyib.
 
"2012 və 2013-cü illərin məzunlarının diplomları haqqında məlumatlar elektron hökumət portalında yerləşdirilib. Bura həm bakalavr, həm magistr, həm də orta ixtisas təhsilli tələbələrin məlumatları daxildir. Daha dəqiq desək, 2012-ci il buraxılış ilində ali təhsil ixtisasları üzrə 33 min 891 ədəd, orta ixtisas üzrə isə 15 min 217 ədəd, 2013-cü ildə ali ixtisas üzrə 35 min 108 ədəd, orta ixtisas üzrə 11 min 753 ədəd diplom haqda məlumatlar elektron hökumət portalında yer alıb”, - deyə İ.Sadıqov bildirib.
 
Qeyd edək ki, hal-hazırda əvvəlki illərdə verilmiş diplomlar da daxil olmaqla diplomların vahid elektron bazası hazırlanır. Yaxın vaxtlarda bütün diplomlar elektron formada veriləcək. Diplomlar məlumat bazasının yaradılması saxta yolla diplomların verilməsi prosesinin qarşısını almağa imkan verəcək.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol