• $
  • €
  • ₽
  • ₺
  • £

“Sədərək” də alış-veriş dayandı

“Sədərək” də alış-veriş dayandı
29.05.2020 08:56

"Sədərək” Ticarət Mərkəzində çalışan sahibkarların çoxu dolların qiymətinin qalxmağı ilə əlaqədar olaraq, ticarəti dayandırmaq məcburiyyətində qalıb.


 
Satıcılardan Taleh Həsrətbəyli bununla bağlı  bildirib ki, bu gün səhər saatlarında dolların məzənnəsi qalxdığı üçün məhsulların qiyməti də qalxıb: 


"Buna görə də satışı dollarla həyata keçirməyə başladıq və bütün məhsulların qiymətini 35% artırdıq. Lakin çox çəkmədən bu qiymət artımının çıxış yolu olmadığını görüb, satışı dayandırmaq qərarına gəldik”.


Sahibkarın sözlərinə görə, hazırda "Sədərək” Ticarət Mərkəzində satış obyektlərinin çoxu bağlanıb: 


"Müştərilər qiymətlərin bahalaşdığını görərək, bazarı tərk edirlər. Topdansatış həyata keçirən sahibkarlar ticarəti tamamilə dayandırmalı olublar”.


Bəzi sahibkarlar isə bazar ertəsinədək, yəni Mərkəzi Bankın valyuta məzənnəsinin dəyişəcəyi ilə bağlı hər hansı bir qərar verəcəyi ehtimalı ilə gözləməyi qərara alıblar:


"Mərkəzi Bank hansı qərarı versə, sahibkarlar da ona uyğun addım atacaqlar, yəni valyuta qalxsa, qiymətlər də bahalaşacaq”.


T.Həsrətbəyli, həmçinin bildirib ki, Ticarət Mərkəzinin rəhbərliyi sözügedən məsələ ilə bağlı olaraq, icarə haqlarının artırılmayacağını bildirib.
 
 
ANN.Az




Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol