• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq bağçaları ilə bağlı qadağa

Uşaq bağçaları ilə bağlı qadağa
01.03.2015 13:28
Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz cihazlarının quraşdırılması qadağandır.

ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən "Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nda yaşayış binalarında bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almaması üçün tələblər müəyyənləşib.

Çoxmənzilli yaşayış binalarında təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, havalandırma, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, avtomatik yanğın siqnalizasiyası, xəbərverici, təxliyənin təşkil edilməsi və layihə tapşırığında göstərilən digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.

Bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. Damda yerləşən qazanxanaların yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə (yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz) və ya yaşayış sahələri ilə yanaşı (hündürlüyü fərqli olan binalarda) yerləşdirilməsinə yol verilmir. Binanın damından yağış sularının kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq həll olunmalıdır.

Layihə sənədlərində bina və ya qurğuda qəza halları baş verən zaman su, qaz və elektrik verilişini dayandıran texniki vasitələr nəzərdə tutulmalıdır. Bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrində yerləşən otaqlar təbii və süni işıqlandırma ilə, yeraltı mərtəbələr isə insan sağlamlığına ziyan vurmaması üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır. Layihə sənədlərində bina və qurğunun girişlərinin işıqlandırılması üçün işıqlandırıcı vasitələr nəzərdə tutulmalıdır.

Mühəndis-kommunikasiya təminatı sistemlərinin elementlərindən insanların yanıq zədələri almaması üçün layihə sənədlərində isidici cihazların, isti su və istilikverici boru kəmərlərinin səthinin əlçatan hissələrinin temperaturunun məhdudlaşdırılması və ya insanların bu hissələrə toxunmasının qarşısını alan maneənin quraşdırılması, hava ilə isitmə sistemi cihazlarından çıxan isti havanın temperaturunun məhdudlaşdırılması nəzərə alınmalıdır. Bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almasının qarşısının alınması məqsədi ilə layihə sənədlərində isitmə və isti su təchizatı sistemlərində, qazişlədən avadanlıqlarda, tüstü bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri nəql edən boru kəmərlərində təhlükəsizlik qaydalarına riayət olunması, isti su təchizatı və isitmə sistemlərində təzyiqin və temperaturun tənzimlənməsi, istilik generatorlarının və maye qaz qurğularında təhlükəsizlik qaydalarına riayət olunması nəzərdə tutulmalıdır.

Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

İctimai binalarda qaz təchizatı sistemləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq layihələndirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz cihazlarının quraşdırılması qadağandır. Məktəb binalarında havaisitmə sistemi ventilyasiya sistemi ilə birləşdirilmiş şəkildə layihələndirildikdə, sistemlərin avtomatik idarə olunması nəzərdə tutulmalıdır. Tədris otaqlarının isitmə sistemlərində havanın resirkulyasiyasına ancaq qeyri-iş vaxtlarında yol verilir.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol