• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar Həcc ziyarəti qiymətlərini də qaldırdı

Dollar Həcc ziyarəti qiymətlərini də qaldırdı
11.03.2015 15:30
Bu il Həcc ziyarəti üçün qiymətlərin əvvəlki ilə nisbətən baha olacağı təsdiqlənib. Belə ki, VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq.
 
Modern.az  xəbər verir ki, bu barədə "a24.az”a İlahiyyat Məscidinin imamı Ceyhun Rüstəmov deyib.   Onun sözlərinə görə, bu gündən etibarən Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbuluna və siyahıya alınmasına başlanılıb. C.Rüstəmov qeyd edib ki, Həcc ziyarəti üçün pul Musiqili Komediya Teatrının arxasında yerləşən Beynəlxalq Banka köçürülməlidir. Onun sözlərinə görə, Həcc ziyarətinə getmək istəyənlər mütləq biometrik pasporta sahib olmalıdırlar: "Əvvəlki pasportla sənəd qəbul edilmir. Bundan başqa, şəxsiyyət vəsiqəsi, şəkil və tibbi arayış təqdim edilməlidir”.  

C.Rüstəmov qeyd edib ki, Həcc ziyarətinə getmək istəyənlər pulun köçürüldüyünü təsdiq edən qəbzi və yuxarıda adı çəkilən sənədləri Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə təqdim etməlidirlər. Bu il Həcc ziyarəti üçün təxminən 3 minə yaxın  kvota müəyyənləşdirildiyini açıqlayan C.Rüstəmov deyib ki, kvota dolan kimi sənəd qəbulu dayandırılacaq: "Çox güman ki, kvota tez dolacaq. Çünki keçən ildən də müraciət edənlər var”, – deyən C.Rüstəmov bu məlumatların QMİ-dən aldıqlarını əlavə edib.  

O ki qaldı Həcc ziyarəti üçün qiymətlərin niyə bu qədər bahalaşdığına, C.Rüstəmov deyib ki, bu suala cavabı QMİ-dən almaq olar: "Deyəsən, Səudiyyə Ərəbistanında da qiymətlər bahalaşıb.

Yəni bu da var. Amma qiymətlərin niyə bu qədər baha olduğu barədə suala Qafqaz Müsəlmanları İdarəsi cavab verə bilər. Biz qiymət məsələsinə qarışa bilmərik”.  

QMİ-dən yayılan xəbərlərə reaksiya verilib. QMİ-nin xarici ölkələrlə əlaqə şöbəsinin əməkdaşı Müqəddəs Payızov Modern.az-a bildirib ki, dolların qiymətinin qalxması ilə əlaqədar olaraq Həcc ziyarəti üçün tələb olunan qiymətlər də artıb.    

Xatırladaq ki, 2012-ci ildə VİP xidmətlərlə Həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar.    

Bu il isə məlum olduğu kimi, Həcc ziyarəti VİP xidmətlərlə 5750,  adi xidmətlərlə isə 4700 dollar olub. Deməli, bu il adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP   xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməli olacaqlar.  

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol