• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dördəm dünyaya gəldi

Bakıda dördəm dünyaya gəldi
28.03.2015 09:20
Paytaxtda yerləşən xəstəxanalardan birində dördəm dünyaya gəlib. Özü ilə birgə ruzusunu da gətirəcək körpələrə ailə sevinir.

ANN.Az-ın ANS TV-yə istinadən məlumatına görə, Perinatal Mərkəzdə bir neçə gün bundan öncə dördəm dünyaya gəlib. Abbasovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Qeysəriyyə yolu ilə doğulan körpələr xəstəxana həkimləri tərəfindən müayinə edilib.

Abbasovlar ailəsinə sevinc gətirən dördəmin üçü qız, biri isə oğlandır. Həkimlərin dediyinə görə, onların vəziyyəti normaldır. 

Körpələrin atası isə sevinclə yanaşı həm də qayğılarının artdığını dilə gətirir. Abbasovlar ailəsinin bu dördəmdən əlavə daha bir qız övladı da var. Ailə hazırda kirayədə, kiçik bir otaqda yaşayır. Maddi durumları heç də ürəyaçan deyil.

"Hər ay orta hesabla 400-500 manat məbləğındə gəlirim olur. Əldə etdiyim gəlirin bir qismini, yəni 300 manatını kirayə haqqı olaraq mənzil sahibinə ödəyirəm. Yerdə 200 manat pul qalır. Artıq yeddi nəfərdən ibarət ailənin təminatı məni çox narahat edir”, – deyə dördəmin atası Rəşad Abbasov bildirib.

Həkimlər əməliiyyatın çox uğurla başa çatdığını bildirir. Ana körpələrilə bir neçə gündən sonra evə buraxılacaq.

Həkim Gülmirə Daşdəmirovanın sözlərinə görə, körpələr qeysəriyyə yolu ilə dünyaya gəliblər: "Doğuş zamanı uşaqların vəziyyəti şərti olaraq kafi qiymətləndirilib. Dünyaya gələn körpələrin üçü qız, biri isə oğlandır. Onların çəkiləri 2 kilo 200 qramdan, 1 kilo 600 qrama qədərdir. Hazırda körpələrin vəziyyəti stabildir”. 

Aztəminatlı ailənin vəziyyətilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, ailə başcısı nazirliyə rəsmi şəkildə müraciət etməlidir. Yalnız bundan sonra onlara ünvanlı sosial yardım ayrıla bilər.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol