• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ-ın təşkil etdiyi Beynəlxalq Forum başa çatdı

ARGTMŞ-ın təşkil etdiyi Beynəlxalq Forum başa çatdı
13.04.2015 16:02
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Gəncə 2016: Gələcəyə Baxış” Beynəlxalq Forumu başa çatıb.

Tədbirdə Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş Belçika, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya, şəhəri (Varna) 2017-ci il üzrə Avropa Gənclər Paytaxtı seçilmiş Bolqarıstan və şəhəri 2018-ci il üzrə Avropa Gənclər Paytaxtına namizəd olan Gürcüstanın gənclər təşkilatları və yerli gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Forum beş gün müddətində Bakı və Gəncə şəhərlərində təşkil olunub. İşini panel müzakirələri və işçi qruplar şəklində davaç etdirən Forum çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, layihə çərçivəsində müxtəlif mövzülarda sesiyalar keçirilib, "Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” sahəsində görülmüş və görüləcək işlər müzakirə olunub.

Forumun Bakıda təşkil olunmuş hissəsində iştirakçılar "Bakı 2015” 1-ci Avropa Oyunlarının təşkilat komitəsində olublar və oyunların təqdimatında iştirak ediblər. İştirakçılar həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyində təşkil olunan görüşlərdə iştirak ediblər. Azərbaycan Gənclər Fondunda keçirilən görüşdə iştirakçılara Fondun fəaliyyəti, onun yerli gənclər və gənclər təşkilatları, eləcə də xarici təşkilatlar üçün faydaları haqqında məlumat verilib. Forum çərçivəsində növbəti görüş Gənclər və İdman Nazirliyində baş tutub. Forumun iştirakçıları ilə görüşən Nazir müavini İntiqam Babayev onlara Azərbaycanda həyata keçirilən gənclər siyasəti, o cümlədən gənclər sahəsində görülən işlər, ölkəmizdə gənclər və gənclər təşkilatları üçün yaradılan imkanlar haqqında məlumat verib. Bu istiqamətdə Azərbaycanda görülən işlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanda həyata keçirilən Gənclər Siyasətinin uğurlu bir təcrübə kimi digər dövlətlər tərəfindən tətbiq olunmasının vacibliyi vurğulanıb.

Forum Gəncə şəhərində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, ARGTMŞ-ın sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektor Müdiri Orxan Ərəbov, yerli gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərin iştirakı ilə keçirilən rəsmi tədbirlə öz işinə başlayıb. Forum çərçivəsində 2 gün ərzində təcrübə mübadiləsi aparılıb, iştirakçılara Gəncə şəhərində gənclərlə bağlı görülən işlər, yeni tikilmiş infrastruktur vahidləri haqqında məlumat verilib, eləcə də iştirakçıların şəhərin tarixi abidələrinə ekskursiyası təşkil olunub.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ Gəncə şəhərinin namizədliyi elan olunduğu gündən "Gəncə 2016 – Avropa Gənclər Paytaxtı” təşkilatı komitəsində təmsil olunmuş və komitənin fəaliyyətində yaxından iştirak etmişdir. Təşkilat Avropa səviyyəsində bu prosesi dəstəkləyib və bir sıra beynəlxalq tədbirlərin həyata keçirilməsinə nail olub. Bu günədək ARGTMŞ-ın təşkilatçılığı ilə beynəlxalq təşkilatlar və Avropa Gənclər Forumunun üzvü olan Gənclər Milli Şuralarının nümayəndələrinin 2 dəfə Gəncə şəhərinə səfərləri təşkil edilmiş və təşkilat tərəfindən Avropa səviyyəsində lobiçilik fəaliyyəti həyata keçirilmişdir. ARGTMŞ 2015-ci ildə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək, payız aylarında Avropa Gənclər Forumunun Üzvlərinin Məclisini Gəncə şəhərində təşkil edəcək. Eyni zamanda təşkilat bir sıra silsilə tədbir və kampaniyaların həyata Gəncə şəhərində keçirilməsini planlaşdırır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol