• $
  • €
  • ₽
  • ₺
  • £

McDonalds qiymətləri qaldırdı – Azərbaycanda

McDonalds qiymətləri qaldırdı – Azərbaycanda
18.04.2015 11:57
Azərbaycanda McDonalds qiymətləri qaldırıb. 


Bu barədə Bakupost.az yazıb. Nəşrin məlumatına görə, Bakıda Bif-Rol 4,1 manata satılır (əvvəllər 3,6 manat idi). Çizburqer bizdə 1,1 manatdan 1,4 manatadək bahalaşıb. Hamburgerin qiyməti 0,9 manatdan 1,1 manatadək artıb. Fri kartofunun qiyməti isə artıq 0,9 AZN (balaca) yox, 1,2 AZN təşkil edir (böyük fri – 1,8 manatdan 2,2 manatadək).

"Azərbaycanda adı çəkilən yeməklər üçün qiymətlər müvafiq olaraq, 14%, 27,3%, 22,2%, 33,3% və 22,2% artıb. Həmin məhsulların hansılarının Azərbaycanda istehsal edilməsi, hansılarının idxal olunması təsssüf ki, bizə məlum deyil, lakin xatırlamaq olar ki, hələ 10 il əvvəl McDonalds idxal məhsullarının yerli məhsullarla əvəz edilməsi üzərində fəal iş aparırdı. Beləliklə, dolların məzənnəsinin artması burada güclü arqument deyil”, - deyə, nəşr yazır.

Yerli kartofdan hazırlanan kəndsayağı kartofun qiyməti isə 1,9 manatdan 2,4 manatadək, yəni 26,3% bahalaşıb. Ən çox bahalaşan – iki dəfə! – souslardır (20 qəpikdən 40 qəpiyədək).

Bundan başqa, Azərbaycan istehsalı olan və yerli suda qaynadılan çayın qiyməti 10 qəpik (60-dan 70-dək) yaxud 16,7% bahalaşıb. Bütün valideynlərin "baş ağrısı” "Heppi mil” də bahalaşıb. Əvvəlki qiyməti 3,5 manat olan "Heppi mil” hazırda "28 Mall”da 4 manatadır (+12,5%) (menyudakı qiymət).

Maraqlıdır ki, Bakıda üç ay, bir il və iki il əvvəl 3,5 manat olan (McDonalds-ın Facebook-dakı səhifəsinin məlumatlarına əsasən) Biq-Mak təxminən elə həmin qiymətdə qalıb – 3,6 AZN.

"Bizim McDonalds-ın müsahibatının manatın devalvasiyasının 33,5% təşkil etdiyi bir vaxtda qiymətləri rublun 60%-dək ucuzlaşdığı Rusiya ilə müqayisədə 1,5-2 dəfə artırmasını aydınlaşdıra bilmədik. Ola bilsin burada fast-fudun qiymətinə yüksək tələbat təsir göstərir? Onda bu, indiki yüksək qiymətlərlə çox çəkməz”, - deyə, nəşr yazır. /Bizimyol.info/

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol