• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank yenə “İlin bankı” oldu - Fotolar

Unibank yenə “İlin bankı” oldu - Fotolar
29.05.2020 07:12

Unibank iqtisadiyyatın real sektorunun inkişafına verdiyi maliyyə dəstəyinə görə "Uğur” Milli Mükafatına layiq görülüb. Unibank bu nominasiya üzrə il ərzində ölkə iqtisadiyyatına, milli sahibkarlığın inkişafına töhfəsinə görə qalib seçilib. "Uğur” Milli Mükafatı Consulting & Bizness jurnalı tərəfindən 2000-ci ildə təsis edilib. Hər il bu mükafat milli iqtisadiyyatın möhkəmlənməsində və inkişafında xidmətləri olan şirkətlərə, ayrı-ayrı şəxslərə verilir.


"Uğur” Milli Mükafatının təqdimat tədbirində bildirilib ki, Unibank 2014-cü ildə biznesə dəstək istiqamətində ciddi irəliləyişlərə nail olub. Biznes kreditləri portfelini 37% artıran Unibank, ötən il ilk ixtisaslaşmış "Qara Qarayev- biznes filialı”nı açıb. "Dərnəgül” və "İçərişəhər” filiallarını da sırf biznes müştərilərinə xidmət üzrə ixtisaslaşdırmaqla, bank özəl sektora dəstəyini daha da gücləndirib, xidmətin keyfiyyətini yüksəldib. Bu müştəri seqmentinə xidmət üçün yeni "Biznesinizə daimi dəstək” sloqanı da seçilib. Unibank, biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialını "Unibank- Biznes Mərkəzi”ni açıb.

Bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Ötən il bölgələrə ayrılan biznes kreditlərinin sayı 2 dəfə, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb.

Unibank hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdə, ölkə binesinə dəstəyini artırmaqda, real sektorun müştərilərinin yüksək keyfiyyətli bank xidmətlərinə və məhsullarına olan tələbatını ödəməkdə davam edəcək.

Unibank-biznesinizə daimi dəstək

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol