• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən "son zəng" xəbərdarlığı

Yol polisindən "son zəng" xəbərdarlığı
25.05.2015 17:07
"Son zəng"lə əlaqədar Bakının yol polisi 2 günlük gücləndirilmiş iş rejiminə keçir.
 
Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakıda orta məktəblərdə keçiriləcək "Son zəng" tədbirləri ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 29-u və 30-da gücləndirilmiş iş rejimində çalışacaq: "Son zəng"lə bağlı paytaxtın inzibati ərazisindəki küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürülməklə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bundan başqa, azyaşlıların və yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin, eləcə də təhsil müəssisələri ətrafında dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması məqsədilə yol polisinin şəxsi heyəti bu istiqamətlərdə müvafiq tədbirlər görəcək. Ona görə də təhsil ocaqları ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaranmaması üçün yol polisi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, diqqətli olsunlar, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Bölmə rəisi qeyd edib ki, ötən illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib: "Ona görə də belə xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Ey valideynlər, avtomobili uşaqların idarəsinə vermək olmaz. Bununla övladlarınıza yaxşılıq yox, pislik edirsiniz. Həmçinin unutmaq olmaz ki, qanunla avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi özü də məsuliyyət daşıyır".

Qeyd edək ki, Təhsil Nazirliyi bildirib ki, bu il Azərbaycanın orta məktəblərində "Son zəng” tədbirləri müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək. "Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol