• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlərə sonuncu təlim keçirildi - FOTOLAR

Şagirdlərə sonuncu təlim keçirildi - FOTOLAR
25.05.2015 18:36
Bu gün Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi(DMDT-IB) Bakı şəhəri Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə "İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” mövzusunda sonucu təlimini keçirdi. Təlim başlamamışdan öncə baner asıldı, şagirdlər qeydiyyatdan keçdi. 

Sonra İctimai Birliyin fəaliyyətilə bağlı qısa video çarx iştirakçılara təqdim edildi. Təlimə başlayan Cavid Cəfərzadə  iştirakçıları salamladıqdan sonra canlı şəkildə Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.  Cəfərzadə Cavid  təlimə başlamazdan öncə şagirdlərə və valideynlərə bu günkü təlimin mahiyyəti haqqında qısa məlumat verdi. O, bildirdi ki,  bu günə qədər keçdiyimiz və öyrəndiyimiz  bütün təlimlər yekunda disput şəkilində olacaq. Cavid müəllim çıxış zamanı vurğuladı ki, uşaqların mənəvi aləminin zənginləşməsi və həmçinin cəmiyyətdə özlərinə layiqli yer tutması bizim əsas hədəflərimizdəndir. DMDT- İctimai Birliyinin bu cür layihələri keçirməklə cəmiyyətdə maarifçilik mexanizmini işə salır, şagirdləri şəxsiyyətyönümlü bir vətəndaş kimi yetişdirir. Biz çalışmalıyıq ki, onlar həm təlimdə, həmdə tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər. Bununla yanaşı insan humanist, müsbət dəyərləri özündə əks etdirən bir varlığa çevrilməlidir. Bunun üçündə insan özünü mənəvi cəhətdən paklaşdırmalıdır. 

Sonra söz təlimçi, metodist Orucova Turanəyə verildi. Təlimçi Turanə xanım  iştirakçıları salamladıqdan sonra təlim haqqında öz fikirlərini bölüşdü. Bu günləri cəmiyyətin sağalmaz yarası  gənclərin təlim, tərbiyə məsələsidir. Buna görədə bu cür təlimlərin həyata keçirilməsi uşaqların mənəvi aləminin zənginləşməsinə müsbət təsir göstərir. Uşaqlarla sual-cavab edən Turanə xanım Azərbaycan Şifahi Xalq Ədədbiyyatında, Azərbaycan kino filimlərində əxlaqi dəyərlər haqqında geniş söhbət apardı. İbtidai sinif müəllimi Cavid Cəfərzadə və təlimçi Orucova Turanə şagirdlərə  ictimai yerlərdə parklarda, nəqliyyat vasitələrində, məktəbdə və s yerlərdə  özünüdavranış qaydaları haqqında suallar verdilər. Şagirdlər parkda və digər ictimai  yerlərində özlərini  necə aparmaq, yaşlılara hörmət etmək,  ətraf aləmi zibilləməmək, küçədə, parkda necə hərəkət  etmək və digər davranış qaydaları haqqında verilən sualları cavablandırdılar. Şagirdlərdən Rusif, Yusif, Fidan, Fatimə, Aliyə Aqşin və.s şagirdlər fəal iştirak etdilər. Turanə xanım qısa olaraq vurğuladı ki, bu cür layihələrin keçirilməsi  Qeyri Hökumət Təskilatları ilə məktəblərin birgə fəaliyyət göstərməsi  ölkədə vətəndaş cəmiyyətinin inkişafından, təhsildə maarifçiliyin inkişafından xəbər verir. Ona görədə bu cür təşkilatlara yardım edildiyi üçün rəhbərliyə öz təşəkkürümüzü bildiririk. Təlim zamanı məktəbin tədris hissə müdiriŞükürova Mətanət xanımda vurğuladı ki, şagirdlər bizim gələcəyimiz və cəmiyyətimizn ən gözəl nümunəsidir. Buna görədə bu cür layihələrin davamaı gəlməlidir. Müəllimlərdən  Nigar, Rabil, Nazilə, Tünzalə də öz çıxışlarında bildirdilər ki, QHT-lərin bu cür fəaliyyəti ölkədə vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərir. Valideynlərdə öz razılıqlarını bildirdilər ki, bu tədbirlər uşaqların dünyagörüşünə və sağlam düşüncənin yaranmasına təsir edir. Layihə rəhbəri Əli Cəfərov xüsusi olaraq bildirdi ki, Layihəni Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Tədbir zamanı Bakı Uşaq Teatrının kollektivinin çıxışı uğurla qarşılandı. Yekunda uşaqlara həvəsləndirici diplomlar verildi.
 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol