• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ mətbuat nümayəndələrini təbrik edib

ARGTMŞ mətbuat nümayəndələrini təbrik edib
16.07.2015 13:42
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində mətbuat nümayəndələrini ilə görüş keçirilib. 

Görüşdə Azərbaycanın aparıcı mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirə ARGTMŞ-ın sədri Şahin Seyidzadənin nitqi ilə başlanılıb. Günün önəmini xatırlatmaqla nitqinə başlayan Şahin Seyidzadə qeyd edib ki, əsası 1875 – ci ildə "Əkinçi” qəzetinin yaranması ilə qoyulmuş milli mətbuatımız Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətli inkişaf dövrünü yaşamağa başlamış, qısa zaman kəsiyində bu sahənin inkişafı ilə bağlı mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı ilə inkişaf edən milli mətbuatımız dövlət qurumları, özəl qurumlar, gənclər təşkilatları və digər qurmların fəaliyyətində mühüm rola malik olmuşdur. O, həmçinin, qeyd edib ki, ARGTMŞ daim mətbuat nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm vermiş, ötən bir il ərzində təşkilatın fəaliyyətinə dair 81 müxtəlif məlumat 48 mətbuat orqanı tərəfindən işıqlandırılmış və məlumatlar 278 514 dəfə oxunulmuşdur.

Görüş mətbuat nümayəndələrinin fikirlərinin dinlənilməsi və jurnalistlərin mükafatlandırılma mərasimi ilə davam edib. Sonda, təşkilatın əməkdaşlıq etdiyi mətbuat orqanları fəxri fərman ilə təltif olunub.

Məlumat üçün qeyd edək ki, ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995 – ci ildən fəaliyyət göstərir. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatı, minlərlə gənci özündə birləşdirən təşkilat mətbuat nümayəndələri ilə əməkdaşlığa mühüm önəm verir. Təşkilat hər il mütəmadi "22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibəti ilə mətbuat nümayəndələrinin iştirakı ilə tədbirlər keçirir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol