• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman BQXK-ya müraciət etdi

Ombudsman BQXK-ya müraciət etdi
16.07.2015 22:09
Ombudsman BQXK-nın Azərbaycan nümayəndəliyinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 15-də internet portallarında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun qondarma məhkəmə zalına axsayaraq girdiyini, onun işgəncəyə məruz qalmasının aşkar müşahidə olunduğunu əks etdirən videolent yayılıb. Bu isə cəmiyyətdə hədsiz narahatlıq doğurub.

Bununla bağlı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinın (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Durana məktubla müraciət edib.

Məktubda deyilir: "Məlumat üçün bir daha diqqətinizə çatdırmaq istərdim ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə gedərək, orada Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Əsgərov Dilqəm Qardaşxan oğlunun və Quliyev Şahbaz Cəlal oğlunun girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları və onlarla 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərinə uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün 18 iyul 2014-cü il tarixli, 1/8660-14 saylı məktubla Sizə müraciət etmişəm.

Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti cənab Peter Maurerə məktubla müraciət edərək, azərbaycanlı girovların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarını müdafiə etməyə çağırmışam. Bu məktubda girov götürülmüş şəxslərin Cenevrə konvensiyalarının müdafiəsi altında olduğu və onlara münasibətdə davranışın həmin beynəlxalq sənədlərə uyğun olmasının zəruriliyi vurğulanmışdır.

Bildiyiniz kimi, bu ilin martında Cenevrəyə işgüzar səfərim zamanı BQXK-nın baş iqamətgahında olmuş, bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə görüşmüş, azərbaycanlı girovların qeyri-legitim məhkəmə tərəfindən əsassız mühakimə olunduğunu və fundamental hüquqlarının kobudcasına pozulduğunu rəsmi nümayəndənin diqqətinə çatdırmışam.

Təəssüflə qeyd etmək istərdim ki, bu mühüm məsələyə müvafiq beynəlxalq təşkilatların diqqətinin cəlb edilməsi üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, girovlara qarşı işgəncə və digər zorakı hallar hələ də baş verir.

Qeyd edilənləri nəzərə alaraq, girov götürülmüş azərbaycanlıların—Dilqəm Əsgərov və Şahbaz Quliyevin təşkilatınızın mandatı çərçivəsində mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında, onların beynəlxalq normalar nəzərə alınmaqla işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmaması və ümumtanınmış insan hüquqlarının təmin edilməsində yardımçı olmağınızı bir daha Sizdən xahiş edirəm”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol