• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan Prokurorluğunda vakansiya

Naxçıvan Prokurorluğunda vakansiya
20.07.2015 14:00
Sənədlər avqustun 1-dən sentyabrın 1-dək qəbul olunacaq

Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğu və MR-in Hərbi Prokurorluğu işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 10 ştat vahidi üzrə müsabiqə elan edib.

"Report" xəbər verir ki, prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan MR-in ərazisində yaşayış yeri üzrə qeydiyyata alınan və qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən şəxslər müəyyən olunan formada ərizə, şəxsiyyət vəsiqəsinin təsdiq olunan (notarial qaydada) surəti, tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqda verilir), 3x4 və 4x6 sm ölçülərdə hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil, ali təhsil barədə (hüquqşünaslıq ixtisası üzrə) diplomun və diploma əlavənin təsdiq olunmuş (notarial qaydada) surəti, əmək kitabçasının təsdiq olunan (notarial qaydada və yaxud iş yeri üzrə) surəti, yaşadığı ünvan üzrə poliklinikadan (forma №86), Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserindən sağlamlıq və narkoloji qeydiyyatda olub-olmadığı barədə arayışlar, yaşadığı ünvan və ailə tərkibi haqqında arayış və yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq olunan surəti təqdim etməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciət edə bilərlər.

Sənədlər Naxçıvan şəhəri, Atatürk küçəsi, 22-də yerləşən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasının qəbul otağında avqustun 1-dən sentyabrın 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 18.00-dək qəbul olunacaq.

"Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək", - prokurorluğun məlumatında bildirilib.

Test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə keçiriləcək. Müsabiqədə bərabər nəticələr əldə edən şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdırlar. Prokurorluğa 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Müsabiqənin test imtahanının yekunlarına görə, 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar. Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilən qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol