• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılov borcla qaldı

Telman İsmayılov borcla qaldı
07.08.2015 14:33
AST qrupunun təsisçisi və qalmaqallı Çerkizov bazarının sahibi Telman İsmayılovun kreditorları borclarını məhkəmə icraatından kənar qaytarmaqda məyus olublar. İndi Moskva Bankı məhkəmədə 13 milyarddan çox borcu qaytarmağı tələb edir.  

Oxu.Az xəbər verir ki, bu barədə "Kommersant” yazıb.

Biznesmen bu vəsaiti Moskvada əmlakını satmaq hesabına qaytarmalı idi, amma bütün razılaşmalar pozuldu. "Kommersant”-ın məlumatına əsasən AST-nin əmlakına namizədlərdən biri Tversk küçəsində ticarət məntəqələrinin sahibi – Yakov Yakubovun da adı çəkilib.

Moskva Bankı (MB) KBF AST MMC-dən 13,38 milyard rubla yaxın vəsaitin alınması iddiası ilə iyulun sonunda məhkəməyə müraciət edib. Moskvanın arbitraj məhkəməsi bu ərizəni avqustun axırına kimi hərəkətsiz saxladı. VTB qrupunun (MB bu qrupa daxildir) mətbuat xidmətində iddiaların tərkibi izah edilmir. Kartoteka.ru-nun məlumatına müvafiq olaraq KBF AST MMC-nin 21,75%-i AST qrupun təsisçisi Telman İsmayılova, 36,5%-i onun oğlu Sərxana məxsusdur, nəzarəti isə tərəfdaşları Zaur Mərdanov edir.

MB və İsmayılov ailəsi məhkəmədən kənar qaydada kredit borcunu AST Moskvadakı əmlakını sataraq həll etməyə çalışıblar.

"Artıq alıcı da var idi, girov da qoyulmuşdu, amma saziş pozuldu, ona görə də bank indi məhkəməyə müraciət etməyi qərara alıb”, - "Kommersant”-nın mənbəsi bildirib. Dünən cənab İsmayılov ilə əlaqə qurmaq mümkün olmayıb.

"Kommersant”-ın həmsöhbəti alınmayan razılığın maraqlılarının adını açıqlamır. Məhkəmənin bazasında 2014-cü ilin dekabr tarixi ilə qeyd edilmiş "Proqress” QSC-nin MB-yə qarşı banka köçürülmüş avansın qaytarılmasına dair iddia var. Məhkəmənin materiallarından aydın olur ki, "Proqress” bir il öncə "Biznes klub Tropikano (Malaya Qruzinskaya küç. 15 min kv.m.) və "Ruslayn 2000” MMC-də (İzmayılov parkı yaxınlığında 1,2 ha sahəni icarəyə götürüb) 100% pay şərti ilə İzmayıl şossesində (16 min kv.m) və Krasnaya Presnada (15,4 min kv.m) yerləşən AST-yə məxsus ticarət mərkəzlərini almaq istəyib.

Kartoteka.ru-nun məlumatına əsasən "Proqress” tamamilə Oleq Veselova məxsusdur, baş direktor Yuliya Dolinskayadır (o, həm də "Avtorskoe televideniye”nin rəhbəridir). "Proqress”də AST-nin əmlakını almağa marağı gizlətmədilər, amma şərh vermədilər.

"Proqress” Telman İsmayılovun aktivlərini almaq istəyən yeganə namizəd deyil, bunu "Kommersant”-ın digər həmsöhbəti bildirib. Onun məlumatına əsasən biznesmen Yakov Yakubovun strukturları da AST-nin obyektləri ilə maraqlanıb. Amma saziş üçün lazımi vəsaiti olmayıb. Cənab Yakubovun nümayəndələri operativ şərh təqdim etməyiblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol