Bakıda tanınmış alimi maşın vurub öldürdü

Avqustun 6-da saat 16.00 radələrində Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub. ANN.Az-ın DİN-mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəində piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Mərhum Seyid Nisə Seyid Rzayeva fizika-riyaziyyat elmləri namizəddir. Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışırdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























