• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı “maqnit-adam” Çinə Ginnes Şouya gedir

Azərbaycanlı “maqnit-adam” Çinə Ginnes Şouya gedir
07.08.2015 15:44
Marnueli şəhərinin rekordçusu "maqnit-adam” adlandırılan 44 yaşlı Etibar Budaqlı Elçiyev Çində Ginnes rekordlar şousunda yeni dünya rekordu vurmağa hazırlaşır.

Oxu.Az bu barədə "Sputnik-Georgia”-ya istinadən xəbər verir.

Qafqaz Dünya Rekordlar Federasiyasına rəhbərlik edən rekordçu Çində altı nömrə ilə çıxış etmək üçün uzun müddətdir hazırlaşdığını bildirib.  

Onların ən çətini bir-birinə bağlanmış iki avtomobili yerindən tərpətmək olacaq, ümumilikdə 2200 kq çəkisi olan avtomobilləri Etibar bioenergetik qabiliyyəti ilə bir neçə metr irəli çəkməlidir.

Çinə Etibar ilə bərabər yola düşəcək Rekordlar klubunun rəhbəri Şota Keldişvili qeyd edib ki, səfər 10-19 avqust tarixləri arasında baş tutacaq.

"Etibara "maqnit adam” adını bir neçə il bundan öncə ilk rekordunu vurduqdan sonra veriblər, o, 50-dən çox dəmir qaşığı özünə yapışdıraraq daxili enerji vasitəsilə onları öz üzərində saxlayıb. O, zamanla daxili enerji qüvvəsinə üzərində saxlaya biləcək əşyaların ölçüsünü böyüdüb”, - Keldişvili bildirib.

Çinə səfər ərəfəsində Tbilisinin idman komplekslərinin birində keçirilən məşqlər zamanı, Etibar öz bədənində dəmir əşyaları necə saxlaya bildiyini nümayiş etdirib. Əsasən 30 saniyə ərzində 18 kq dəmir konstruksiyanın üzərində oturan adam - ümumi çəkisi 85 kq olan yükü əllərinin yardımı olmadan üzərində saxlayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol