• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdam gənclərinin daha yaxşı gələcək üçün təklifləri toplanılıb

Ağdam gənclərinin daha yaxşı gələcək üçün təklifləri toplanılıb
29.05.2020 04:12
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində Ağdam rayonunda təlimlər həyata keçirilib. 

Ağdam rayon İcra Hakimiyyəti və Ağdam rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 5 gün davam edən təlimlərdə rayonun fəal gəncləri inkişaf ediblər.

Layihənin əsas məqsədi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır.

Təlimin mövzuları Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən teatr-əsaslı təlimlər formasında tədris oliunub. Reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİVQİÇS kimi mövzuların müzakirə obyekti olduğu təlimlərin sonunda gənclər əldə etdikləri bilik və bacarıqları teatr tamaşasında əks etdiriblər. Təlim sessiyasının sonunda təşkil olunmuş teatr tamaşasını rayon ictimaiyyəti ilə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri də izləyib və iştirakçıların sertfikatla təltifolunma mərasimində iştirak ediblər.

Sessiya zamanı keçirilən açıq müzakirələrdə gənclər sözügedən mövzular ətrafında öz fikirlərini paylaşıb və səsləndirilən təkliflər toplanılıb. Qeyd edək ki, verilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.

Xatırladaq ki, "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində artıq Lənkəran və İsmayıllı şəhərlərində 5 günlük təlimlər həyata keçirilib. Layihənin yekun konfransının sentyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol