"Cənubi Koreya hökümətinin Pxenyanı məhv planı mövcuddur"

18:15 | 11.09.2016

"Cənubi Koreya hökümətinin Pxenyanı məhv planı mövcuddur"

Seuldan alınan xəbərlərdə deyilir ki, Cənubi Koreya, Şimali Koreyanın nüvə hücumuna hazırlaşdığının hər hansı əlamətini sezərsə onun paytaxtını Yer üzündən silmək planına malikdir.

Cənubi Koreya hökümətinə yaxın Yonhap xəbər agentliyi yazır ki, plan parlament üzvlərinə təqdim edilib.

Planda Pxenyanın hər bir rayonunun ballistik raketlər və uzaqmənzilli toplarla məhv edilməsinə dair məlumatlar yer alır.

Bu, Şimali Koreyanın indiyə kimi ən böyük nüvə silahını sınaqdan keçirməsindən iki gün sonra baş verir.

BBC-nin Seuldakı müxbiri Steve Evans deyir ki, həm Şimali, həm də Cənubi Koreya bir-birinin paytaxt şəhərlərini məhv edə biləcək böyük miqdarda adi, qeyri-nüvə silahlarına sahibdirlər. Seul, Pxenyanın nüvə silahlanmasına qarşı müdafiə tədbirləri görsə də bunlar şimallıların ambisiyaları qarşısında yetərsiz qalıb.

Müxbirimiz deyir ki, hər iki ölkə liderlərinin verdiyi bəyanatlar tükürpədicidir.

Şimali Koreya iddia edir ki, onlar beşinci nüvə sınağını uğurla həyata keçirib. Mediada yayılan açıqlama nüvə sınağı keçirilən əraziyə yaxın yerlərdə yüksək seysmik aktivlik qeydə alındıqdan bir neçə saat sonra yayılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM