Cəza çəkməkdən azad edilmiş 1143 nəfərə birdəfəlik müavinət ödənilib

15:40 | 11.05.2017
Cəza çəkməkdən azad edilmiş 1143 nəfərə birdəfəlik müavinət ödənilib

Cəza çəkməkdən azad edilmiş 1143 nəfərə birdəfəlik müavinət ödənilib

Bu ilin ilk rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1 143 nəfərə birdəfəlik müavinət ödənilib
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilib. Azərbaycan prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamı ilə ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2017-ci il yanvarın 1-dən 116 manata çatdırılması ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də cari ilin əvvəlindən 10,47 faiz artırılaraq 464 manata çatdırılıb.
 
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra məşğulluq imkanlarına malik olmaları üçün onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Elektrik qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, kompüter texnikasının təmiri və s. peşələr üzrə təşkil edilən kursları bitirənlərə sertifikatlar verilib.
 
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş şəxslər də aiddirlər. Bununla əlaqədar qeyd olunan şəxslərin də müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması üçün məşğulluq orqanları tərəfindən müvafiq işlər görülür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb