Cəzalar sərtləşdirildi

20:50 | 26.11.2014
Cəzalar sərtləşdirildi

Cəzalar sərtləşdirildi

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç yeni Antidopinq Kodeksini təsdiqləyib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, həmin kodeksdə dopinq qəbul edən güləşçilərin diskvalifikasiyası 2 ildən 4 ilə artırılıb.

Bununla yanaşı, pəhləvanlar 12 ay ərzində 3 dopinq-testi buraxacaqları halda cəzalanacaqlar. Laloviç UWW-nin antidopinq qaydalarını WADA-nın yeni kodeksinə tam uyğunlaşdırdıqlarını bildirib. O, dopinq-testlərin sayını və nəticəsi müsbət çıxanlara görə cərimələri artıracaqlarını vurğulayıb: "4 illik diskvalifikasiya praktik olaraq, karyeranın başa vurulması deməkdir. Bu səbəbdən, belə yolverilməz hərəkətə əl atarkən, güləşçilərə bunun hansı nəticələr verəcəyini düşünməyi məsləhət görürəm".

Qeyd edək ki, türkiyəli güləşçi Şamil Ərdoğan anabolik steroiddən istifadə etdiyi üçün 2014-cü il dünya çempionatının bürünc medalını əldən verib. Ona 2 illik diskvalifikasiya da tətbiq olunub. Habelə, gənclər arasında dünya çempionatının gürcüstanlı qalibi Geno Petriaşvili titulundan məhrum edilərək, yarım ilədək cəzalanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb