“CinemaPlus”da “Axırıncı Yol” komediyasının nümayişinə start verildi - VİDEO

15:31 | 01.03.2016
“CinemaPlus”da “Axırıncı Yol” komediyasının nümayişinə start verildi - VİDEO

“CinemaPlus”da “Axırıncı Yol” komediyasının nümayişinə start verildi - VİDEO

Azərbaycanın premium kinoteatrı "CinemaPlus”da "ATV & İLK media” və "Bozbash Pictures” komandasının istehsalı olan "Axırıncı Yol” adlı çox maraqlı bir macəra komediyasının nümayişi başladı.
 
Ötən ilin iyunundan başlayan layihə nəhayət ki, martın 1-dən tamaşaçılara təqdim olundu.
 
Bu film  komediya janrlı filmlərin içində ən azından itməyəcəyini tam əminliklə demək olar. Çoxsaylı polis işçilərinin çəkilişlərə cəlb edilməsi, mərkəzi küçələrdə maşın ötüşmələri və ən əsası gözəl operator işi filmi çox baxımlı və yadda qalan etdi.
 
 "Axırıncı Yol” macəra komediyası "Bozbash Pictures” qəhramanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhramanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır.  Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.
 
Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.

Rollarda: İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və s.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  
 
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
 
 
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb