"Citigroup": Azərbaycan neft hasilatını azaldacaq

09:49 | 24.06.2016

"Citigroup": Azərbaycan neft hasilatını azaldacaq

Dünya neft bazarında təklifin artması üçün heç bir əsas yoxdur.
 
"APA-Economics" xəbər verir ki, bunu "Citigroup"un enerji bazarlarının təhlili bölməsinin rəhbəri Set Kleyman deyib.
 
"Nigeriya, Venesuela, Əlcəzair və Liviya kimi ölkələrin qəfildən ixracı artıracağı inandırıcı deyil. Təkcə Latın Amerikasında sutkalıq hasilat 500 min barel azalıb. ABŞ-ın şist qaz istehsalçılarının "böyük oyun"a qayıdacağı da inandırıcı deyil. Hazırda neftin qiyməti üçün psixoloji hədd 50 dollardır. Reallıqda isə ABŞ şirkətləri şist qaz hasilatını yalnız neft 60 dollardan baha olduqda artıra bilər. Düşünürəm ki, bəzi analitiklər şist qaz inqilabının dünya neft bazarındakı qiymətlərə təsirini şişirdirlər. Neftin qiymətinin azalmasını görmə üçün biz hasilatın kəskin artmasının şahidi olmalıyıq", - deyə o bildirib.
 
S. Kleymanın proqnozunagörə, cari ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Eyni zamanda, ekspert qlobal geosiyasi situasiyanın qeyri - stabil olması səbəbindən bəzən neftin qiymətinin volatil olacağını da itisna etmir.
 
"OPEC tədricən yoxa çıxacaq. Çünki Səudiyyə Ərəbistanı kartelin potensialına inanmayacaq təkbaşına oyun aparır. Azərbaycan hasilat baxımından dayanıqlı görünmür və böyük ehtimalla hasilatı azaldacaq", - deyə o əlavə edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM