“Coca Cola”-nın üzərində “Sağlığa zərərlidir” yazılacaq

14:30 | 10.06.2014
“Coca Cola”-nın üzərində “Sağlığa zərərlidir” yazılacaq

“Coca Cola”-nın üzərində “Sağlığa zərərlidir” yazılacaq

ABŞ-ın Kaliforniya ştatının senatı “Coca Cola”-nın və bütün içkilərini  tərkibində şəkər olduğundan onun üzərinə “Sağlığa üçün zərərlidir” ifadəsinin yazılması haqda layihəni təsdiqləyib.

 

Lent.az-ın Türkiyənin “yeniakit” saytına istinadən məlumatına görə, mütəxəssislər bir ay ərzində qanunun tətbiq ediləcəyini bildirib.

 

Senator Bill Moninq məsələ ilə bağlı suallara cavabında deyib: “Bu içkilər piylənmə, kökəlmə, diş problemləri və şəkər xəstəliyi olanların sağlamlığına ziyandır. Bu qanunun icrasının “ifrat qorunma” kimi təqdim edilməsi ağılsızlıqdır. Xalqın sağlığı hər nədən önəmlidir”.

 

Mənbə xatırladıb ki, oxşar addımı Türkiyənin də atacağı gözlənilir. Bununla belə qanunun Türkiyədə qəbul edilməsi də maraq doğuran məsələlərdən sayılır. Hökumətin bu yöndə addım atacağı da istisna edilmir.

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb