Con Kerri heyəti ilə türklər arasında skandal - FOTO

22:45 | 12.09.2014
Con Kerri heyəti ilə türklər arasında skandal - FOTO

Con Kerri heyəti ilə türklər arasında skandal - FOTO

ABŞ Dövlət katibi Con Kerrini müşayiət edən heyət ilə mühafizəçilər arasında Türkiyə Baş Nazirliyi binasında qalmaqal yaşanıb. Axar.az Hürriyet-ə istinadən xəbər verir ki, Türkiyə Baş naziri Əhməd Davudoğlu ABŞ Baş katibi Con Kerrini nazirlik binasında qəbul edib. Con Kerri, onu müşayiət edən Cen Psaki və köməkçilərinin ardından heyət üzvləri də əsas qapıdan içəri daxil olmaq istəyib. Ancaq nazirlik binasının mühafizəçiləri buna müdaxilə edərək, onların içəri daxil olmasına maneə olublar.  Bir müddət sonra ABŞ-lı səlahiyyətlilərin məsələyə müdaxilə etməsi ilə türk mühafizəçilər Kerri heyətində olanların əsas qapıdan keçməsinə icazə veriblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb