Con Kerri Rusiyaya qarşı sanksiyaların götürülmə şərtini açıqladı

13:06 | 16.12.2015
Con Kerri Rusiyaya qarşı sanksiyaların götürülmə şərtini açıqladı

Con Kerri Rusiyaya qarşı sanksiyaların götürülmə şərtini açıqladı

Rusiyada səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri bir sıra maraqlı açıqlama ilə yadda qalıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Con Kerri Moskvada prezident Vladimir Putinlə görüşündən sonra Rusiyaya qarşı sanksiyaların  nə zaman aradan qalxa biləcəyini də açıqlayıb.

ABŞ-ın dövlət katibi vurğulayıb ki, Ukraynaya dair Minsk anlaşması nə qədər tez reallaşsa, bir o qədər tez Rusiyaya qarşı sanksiyalar aradan qalxar:  "Onu da qeyd eləmək istəyirəm ki, Ukraynaya dair Minsk anlaşması ilə bağlı implementasiya kontekstində addımlar atmaq və Ukraynada konflikti həll eləmək üçün səyləri davam etdirmək lazımdır. Biz razılığa gəldik ki, anlaşdığımız məsələlər üzrə ikitərəfli qiymətləndirmələri davam etdirək. Həmçinin, Minsk anlaşması nə qədər tez reallaşsa, bir o qədər ABŞ və Avropa Birliyinin sanksiyaları tez ləğv ediləcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM