Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

18:11 | 06.01.2017
Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

ANN.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib.

M.Vizer İJF-nin hakimlər və məşqçilər təşkil etdiyi beynəlxalq seminarından danışıb: "Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə, böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevimək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə, minnətdarlığımı bildirirəm. Azərbaycana da cüdoya köməyə görə, təşəkkür edirəm".

Qeyd edək ki, bu gündən start götürən seminar iki gün davam edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb