DÇ 2014: Argentina finalda

09:02 | 10.07.2014
DÇ 2014: Argentina finalda

DÇ 2014: Argentina finalda

Bu gecə DÇ-2014-ün digər finalçısının adı məlum olub.Qol.Az-ın məlumatına görə, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib.Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Pemaltilər seriyasında daha dəqiq olan (4:2) Argentina millisi finala yüksəlib.Beləliklə, finalda Almaniya və Argentina milliləri qarşılaşacaq. Görüş iyulun 13-də keçiriləcək. Qeyd edək ki, bu komandalar 1990-cı ildə keçirilən mundialın finalında da üz-üzə gəliblər və almanlar 1:0 hesablı qələbə ilə dünya çempionu adını qazanıb. Hollandiya və Braziliya yığmaları isə iyulun 12-də üçüncü yer uğrunda üz-üzə gələcək.9 iyul "DÇ-2014", yarımfinal mərhələsi01:00. Hollandiya - Argentina - 0:0 (Penaltilər seriyası - 4:2)Baş hakim: Cüneyt Çakır (Türkiyə)PENALTİLƏR SERİYASI:Hollandiya: - + - +Argentina: + + + +Dəqiq vurulan penaltilər: Messi, Qaray, Aquera, Rodrigez (hər biri Argentina), Robben, Kuyt (hər ikisi Hollandiya) Dəqiq vurulmayan penaltilər: Vlar, Sneyder (hər ikisi Hollandiya)8 iyul01:00. Braziliya - Almaniya - 1:7 Qollar: Müller, 11 (0:1), Kloze,23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5), Şürle, 69 (0:6), 78 (0:7), Oskar, 90 (1:7)Baş hakim: Marko Rodriqes (Meksika)"Estadio Mineyrao". Belo Horizonte ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM