DÇ-2014: Azərbaycan 1 qızıl və 1 gümüş medal qazandı

21:10 | 09.09.2014
DÇ-2014: Azərbaycan 1 qızıl və 1 gümüş medal qazandı

DÇ-2014: Azərbaycan 1 qızıl və 1 gümüş medal qazandı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçirilir.ANN.Az Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz Dünya çempionatını 1 qızıl və 1 gümüş medalla başa vurub.61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı Dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə İran güləşçisi Məsud Mahmud Esmailpurjuybariyə heç bir şans verməyən güləşçimiz Dünya çempionu olub. 97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Ceban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxandı, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeriy Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat Dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abduasalam Qadisovla final görüşünə çıxıb. Gərgin keçən görüş Rusiya təmsilçisinin xeyrinə başa çatıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb