DÇ 2014: Son 1/4 finalçılar müəyyənləşir

09:39 | 01.07.2014
DÇ 2014: Son 1/4 finalçılar müəyyənləşir

DÇ 2014: Son 1/4 finalçılar müəyyənləşir

Bu gün keçiriləcək iki oyunla "DÇ-2014"ün 1/8 final mərhələsinə yekun vurulacaq.Qol.Az-ın məlumatına görə, bu oyunlardan sonra mundialın bütün 1/4 finalçıları müəyyənləşəcək.İlk öncə meydana Argentina və İsveçrə yığmaları çıxacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gələcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.Qeyd edək ki, Argentina - İsveçrə və Belçika - ABŞ oyunlarının qalibləri 1/4 finalda bir-birilə qarşılaşacaq.Xatırladaq ki, artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya - Kolumbiya, Hollandiya - Kosta-Rika və Fransa - Almaniya görüşləri keçiriləcək. 1 iyul1/8 final mərhələsi21:00. Argentina - İsveçrəBaş hakim: Jonas Erikson (İsveç) 01:00. Belçika - ABŞ Baş hakim: Camel Haymoudi (Əlcəzair)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb