Daha bir general həbs olundu

20:24 | 25.09.2016
Daha bir general həbs olundu

Daha bir general həbs olundu

Türkiyədə FETÖ (Fətullahçı terror təşkilatı) istintaqı ilə şübhəli şəxs kimi saxlanılıb şərti azadlığa buraxılan keçmiş Vaşinqton Silahlı Qüvvələrinin attaşesi, general Yavuz Çelik məhkəmə qarşısına çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, FETÖ-nün iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra ölkənin silahlı qüvvələrindən xaric edilmiş Yavuz Çelik Ankara Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılmış istintaq zamanı sərbəst buraxılmışdı.

Yenidən məhkəməyə çağırılan Çelik məhkəmədə prokurorun qaldırdığı iddianın təsdiq edilməsindən sonra məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb