Daha bir nazirlikdə yüksək - TƏYİNAT

10:04 | 01.11.2019
Daha bir nazirlikdə yüksək - TƏYİNAT

Daha bir nazirlikdə yüksək - TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

Report xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.

F.Heydərov əvvəllər xidmət rəis müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.  
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb