Daha iki kəndə təbii qaz verildi

19:13 | 03.09.2015
Daha iki kəndə təbii qaz verildi

Daha iki kəndə təbii qaz verildi

Xaçmaz və Yevlax rayonlarının daha iki kəndinə təbii qaz verilib.                           

ANN.Az SOCAR-a istinadən xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyi respublika əhalisinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirləri uğurla davam etdirir. Sentyabırın 3-də Xaçmaz rayonunun Hacılar və Yevlax rayonunun Quşçu kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş təntənəli mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmaz rayonunun Hacılar kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, 109 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10590 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Həmin gün Yevlax rayonunun 202 abonentlik Quşçu kəndinə təbii qazın verilişi bərpa edilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı ümumilikdə 12324 metr uzunluğunda qaz xətləri çəkilmiş, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Mərasimlərdə çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirilib.

 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb